Keçid linkləri

2025, 26 İyun, Cümə axşamı, Bakı vaxtı 20:29

Dubaydan gətirilən 190 min manatlıq qızıl külçələrə görə həbs olunan gömrükçülər buraxıldı


Qızıl külçələr
Qızıl külçələr

Dubaydan Azərbaycana 190 min manatdan çox dəyəri olan qızıl külçələr gətirib onu hava limanında gömrük nəzarətindən kənar ölkəyə keçirməkdə suçlanan üç nəfərin, o cümlədən gömrük əməkdaşlarının mühakiməsi yekunlaşıb. Onlar 11 ay həbsdə saxlandıqdan sonra iyulun 25-də məhkəmə zalından azadlığa buraxılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb. Hökmə əsasən, təqsirləndirilən Pərvin Dursunəliyev, Mənsur Mehdiyev Əli Mehdiyevin hər biri qaçaqmalçılıqda təqsirli bilinsə də, onlara şərti cəza verilib.

Adları çəkilən şəxslərdən P.Dursunəliyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı, M.Mehdiyevsə həmin idarənin Skanlaşdırma şöbəsinin inspektoru olub. Cinayət işinin materiallarında iddia edilir ki, onlar tanışları Ə.İbrahimovun ötən il iyulun 8-də Birləşmiş Ərəb Əmirliklərindən gətirdiyi 190 min 400 manat dəyərində beş qızıl külçəni gömrük nəzarətindən kənar ölkə ərazisinə keçiriblər.

Təqsirləndirilənlər ittihamla razılaşıblar

Onların özləri də, vəkilləri də çıxışlarında xahiş ediblər ki, peşman olmaları, bəzilərinin sağlıq problemi, bəzilərinin isə ailə durumundakı çətinliklər nəzərə alınsın.

Ə.İbrahimovun vəkili onun II qrup əlil olduğunu, başında şişlər aşkarlandığını deyir.

M.Mehdiyevin vəkili isə onun himayəsində körpə övladının olduğunu bildirib. Əlavə edib ki, ailənin tək qazanc gətirəni də odur: "Hüquqlarını müdafiə etdiyim şəxs əməlini də könüllü etiraf edib".

Məhkəmə hökmündə bütün bunlar yüngülləşdirici hallar kimi nəzərə alınıb.

XS
SM
MD
LG